Azərbaycanın qadın qılıncoynadanları Qahirədə beynəlxalq qılıncoynatma yarışında iştirak edirlər - FOTO

Qahirə stadionunun qapalı zalında qadınlar arasında qılıncoynatmanın sablya növü üzrə Dünya Kuboku yarışları başlayıb. SİA “əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, martın 30-dək davam edəcək yarışda 33 ölkədən 181 idmançı iştirak edir.

Misir yarışlara ən çox idmançı sayı ilə (18 idmançı) çıxıb. Azərbaycanı bu idman tədbirində 3 idmançı - Kərimova Səbinə, Hüseynova Zərifə və Kaspiaroviç Palina təmsil edir.

Digər iştirakçı ölkələr bunlardır: Argentina, Avstriya, Belçika, Kanada, Çin, Salvador, Fransa, Gürcüstan, Almaniya, Britaniya, Yunanıstan, Honq-Konq, Macarıstan, Hindistan, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya Respublikası, Niderland, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Sinqapur, İspaniya, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan, Venesuela və bir ölkə (neytral statusda)

Bütün xəbərlər Facebook səhifəmizdə