Kişi voleybolçuların Yüksək Liqasında XVII turun oyunları keçirilib

Kişi voleybolçuların Yüksək Liqasında XVII turun oyunları keçirilib.

SIA xəbər verir ki, Sumqayıtı təmsil edən “Gənclər” komandası “Azərreyl”lə, “Xilasedici” MOİK-lə, “Neftçi” isə “Murov Az Terminal”la üz-üzə gəlib.

Gərgin və maraqlı keçən görüşlərdə “Azərreyl” və “Xilasedici” 3:0, “Murov Az Terminal” isə 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, turnir cədvəlinə 41 xalla “Azərreyl” başçılıq edir. Eyni xala malik “Murov Az Terminal” 2-ci pillədə qərarlaşıb. “Xilasedici” isə 39 xalla 3-cü yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə