Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir start götürüb - FOTOLAR

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir start götürüb. SİA xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışda 16 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırlar.

Onlar halqa, top, gürzlər və lent proqramlarında məharətlərini nümayiş etdirirlər.

Bu gün gənc və böyük gimnastlar fərdi və qrup hərəkətləri proqramında güclərini sınayırlar.

Turnirə martın 30-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə