Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları bu gün keçiriləcək. SİA-nın məlumatına görə, bütün qarşılaşmalar saat 16:00-da start götürəcək.
Fövqəladə Hallar Nazirliyinin idman zalında "Xilasedici" MOİK-lə üz-üzə gələcək.
Sumqayıt Olimpiya İdman Kompleksində "Gənclər" "Azərreyl"lə qarşılaşacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə "Neftçi" və "Murov Az Terminal" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, 16 turdan sonra "Azərreyl" 38 xalla liderdir. İkinci sıradakı "Murov Az Terminal" da eyni xala malikdir. "Xilasedici" 36 xalla üçüncü, "Neftçi" 23 xalla dördüncü pillədə qərarlaşıb. V sıradakı MOİK-in 8, sonuncu - altıncı yerdəki "Gənclər"in 1 xalı var.
Bütün xəbərlər Facebook səhifəmizdə