Qadın voleybolçular arasında Yüksək Liqada XVII turun oyunları keçirilib.
SİA xəbər verir ki, turun ilk qarşılaşması UNEC və “Abşeron” komandaları arasında olub. Görüş ikincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər qarşılaşmalarda “Murov Az Terminal” “Azərreyl"lə, “Milli Aviasiya Akademiyası” isə “Gəncə” ilə üz-üzə gəlib.
Birinci matçda qalib 4 setdə müəyyənləşib. "Dəmiryolçular" rəqibini 3:1 hesabı ilə məğlub edib.
Turun son qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Bu görüşdə “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, turnir cədvəlinə 43 xalla "Abşeron" başçılıq edir. "Milli Aviasiya Akademiyası" 39 xalla 2-ci, "Azərreyl" isə 29 xalla 3-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə