AFFA İntizam Komitəsi U-13 Qızlar Liqasında çıxış edən "Xan Lənkəran"ı yarışdan kənarlaşdırıb. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın heyətində "Şəfa" ilə qarşılaşmada yetərsayın olmaması səbəb olub.
Bölgə təmsilçisinə texniki məğlubiyyət verilib və bu hal üçüncü dəfə təkrarlandığından "Xan Lənkəran" turnirdən uzaqlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə