Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ikinci oyununa çıxacaq

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. SİA-nın məlumatına görə, VII qrupda yer alan İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv meydan sahibləri Xorvatiya ilə üz-üzə gələcək.

Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, U-19 ötən gün Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə