Messi Braziliya üzərindəki qələbəyə belə reaksiya verdi - FOTO

"İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsində Argentinanın Braziliya üzərində böyük hesablı qələbəsinə münasibət bildirib. SİA xəbər verir ki, “Qızıl top”un səkkizqat qalibi hesab 4-1 olarkən sosial şəbəkədə paylaşım edərək, oyunu televizorda izlədiyini nümayiş etdirib və postu beş alqış emojisi ilə müşayiət edib. Buenos-Ayresdə baş tutan görüş 4:1 hesabı ilə “albiseleste”nin xeyrinə başa çatıb. 37 yaşlı Messi zədə səbəbindən matçı buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə