Azərbaycanın gənc cüdoçuları Almaniyada təlim-məşq toplanışına qatılıblar - FOTOLAR

Azərbaycanın gənc cüdoçulardan ibarət yığmasının 15 üzvü Almaniyanın Bremen şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar. SİA xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Toplanış qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, martın 24-də startı verilən hazırlıq prosesi 26-na qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə