Kosova millisindən tarixi qələbə

UEFA Millətlər Liqasının B/C pley-off mərhələsində Kosovo 2:1 hesabı ilə qalib gəldiyi ilk oyunda İslandiyanı 3:1 hesabı ilə məğlub edərək B Liqasına yüksəlməyə vəsiqə qazanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qarşılaşmada Kosovonın ulduz futbolçusu Vedat Muriqinin önə çıxdığı matçda İslandiyanı səfərdə 3:1 hesabı ilə məğlub edərək adını B Liqasına yazdırmağı bacarıb. Kosovoya qələbə gətirən qolları 35, 45+3 və 79-cu dəqiqələrdə Vedat Muriqi vurub. İslandiyanın yeganə qolunu 2-ci dəqiqədə Orri Oskarsson vurub.

Matçın 69-cu dəqiqəsində islandiyalı Aron Qunnarsson qırmızı vərəqə alaraq komandasını 10 nəfərlə tərk edib.

Kosovo millisində çıxış edən "Beşiktaş"ın futbolçusu Milot Raşica ilk 11-də meydana çıxıb və 78 dəqiqə meydanda qalıb və qol ötürməsi edərək qələbədə mühüm rol oynayıb.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə