Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində II tura start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçiriləcək.
G qrupunda Litva millisi Finlandiyanı, Polşa yığması Maltanı qəbul edəcək. H qrupunda Kipr seçməsi Bosniya və Herseqovinanın, Rumıniya San Marinonun qonağı olacaq. Nəhayət, K qrupunda isə Albaniya öz meydanında Andorra ilə, İngiltərə isə Latviya ilə qarşılaşacaq.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə