Millətlər Liqası: Türkiyə yığması Macarıstana qalib gəlib

...üç cavabsız qolla

Türkiyə yığması UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində Macarıstanla qarşılaşıb.

SİA xəbər verir ki, Türkiyə seçməsi Budapeştdə keçirilən matçda 3:0 hesabı ilə qalib gəlib.

37-ci dəqiqədə Halkan Çalhanoğlu penalti zərbəsini dəqiq yerinə yetirib. 39-cu dəqiqədə Arda Gülər, 90-cı dəqiqədə Abdülkərim Bardakçı fərqləniblər.

Komandalar arasında İstanbuldakı ilk oyun Türkiyənin 3:1 hesablı üstünlüyü ilə başa çatıb. İki oyunun nəticəsinə əsasən qalib gələn komanda daha üst liqaya, məğlub olan kollektiv isə daha aşağı liqaya vəsiqə qazanıb.

Günün digər matçlarının nəticələri:

Serbiya – Avstriya 2:0 (ilk oyun 1:1)

Şotlandiya – Yunanıstan 0:3 (ilk oyun 1:0)

Belçika – Ukrayna (ilk oyun 1:3)

Gürcüstan – Ermənistan 6:1 (ilk oyun 3:0)

İslandiya – Kosovo 1:3 (ilk oyun 1:2)

Sloveniya – Slovakiya 1:0 - əlavə vaxt oynanılır (0:0)

23:45. İrlandiya – Bolqarıstan (ilk oyun 2:1)

Bütün xəbərlər Facebook səhifəmizdə