Azərbaycan cüdoçusu Elmar Qasımov bu gün mübarizəyə qoşulacaq "Böyük Dəbilqə"
Bu gün Azərbaycanın bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq. SİA xəbər verir ki, kişilər arasında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatami üzərinə çıxacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri yarışın ilk iki gününü medalsız başa vurub. Turnirə bu gün yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə