"Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik".
SİA xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Haitiyə 0:3 hesabı ilə məğlub olduqları yoldaşlıq oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, futbolda hər bir komanda qalib gəlmək istəyir: "Haiti millisi zəif rəqib deyil. Heyətində güclü oyunçular var. Sadəcə, birəbir mübarizələrdə və müdafiədə səhvlərə yol verdik. Qol şanslarımız da oldu. Komandada soyuqqanlılıq çatmadı".
Qeyd edək ki, Azərbaycan seçməsi yoldaşlıq oyununda martın 25-də Masazırda Belarus komandası ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə