Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib.

SİA xəbər verir ki, 48 kiloqramda mübarizə aparan Azərbaycan cüdoçusu Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə