Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Türkiyədə təlim-məşq toplanışında iştirak edən Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirib.

SİA xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Moldova ilə üz-üzə gəlib. Matç yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığma üç gün sonra Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə