Bu gün Azərbaycanın daha 5 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq. SİA xəbər verir ki, ikinci yarış günündə təmsilçilərimiz 3 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Kişilər arasında Qədir Hüseynov, Rüdət Şövlətov (hər ikisi 73 kq) və Məhərrəm İmamverdiyev (81 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qadınların yarışında isə Günel Həsənli və Südabə Ağayeva (hər ikisi 70 kq) tatami üzərinə çıxacaqlar.
Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunur.
Müəllif: Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə