Nüfuzlu “Transfermarkt” portalı 2024-cü ilin dekabrından bəri ilk dəfə İspaniya La Liqası futbolçularının bazar qiymətlərini yeniləyib. SİA xəbər verir ki, yenilənmə “Real” və Fransa millisinin ulduz hücumçusu Kilian Mbappenin transfer qiymətinə də təsir edib. Beləliklə, fransız forvardın dəyəri 160 milyon avrodan 170 milyon avroya yüksəlib. “Xalis” artım 10 milyon avro və ya 6,3% təşkil edib. Xatırladaq ki, Kilian Mbappe yay transfer pəncərəsində azad agent kimi “Real”a keçib. Fransız futbolçu “Kral klubu” ilə 2029-cu ilə qədər müqavilə imzalayıb. Mbappe “Los Blancos”un heyətində 43 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə