Türkiyə millisinin heyətində dəyişiklik edildi

Futbol üzrə Türkiyə millisinin heyətində dəyişiklik edilib. SİA xəbər verir ki, qapıçı Mərt Günok və yarımmüdafiəçi Yunus Akgün zədə səbəbindən düşərgəni tərk ediblər. Onların əvəzində İtaliyanın “Palermo” komandasında çıxış edən Rayyan Baniya yığmaya cəlb olunub.

Qeyd edək ki, Türkiyə millisi martın 23-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstanla qarşılaşacaq. Komandalar arasında ilk matç “ay-ulduzlular”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə