Haiti millisinin baş məşqçisi: Azərbaycan yığması yaxşı komandadır

Sabahkı oyunda qalib gəlmək istəyirik.

SİA xəbər verir ki, bu sözləri futbol üzrə Haiti millisinin baş məşqçisi Sebastyen Minye Azərbaycan yığması ilə keçirəcəkləri yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Azərbaycan millisinin yaxşı komanda olduğunu bildirib: "Biz bura qalibiyyət üçün gəlmişik. Bu cür oyunlar gələcək matçlara yaxşı səviyyədə hazırlaşmağımıza kömək olacaq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Rəqibi təhlil etmişik. Bilirik ki, onlar yaxşı komandadır".

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə