Sabahkı oyunda qalib gəlmək istəyirik. SİA xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti ilə keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, meydana çıxacaq futbolçuları müəyyənləşdirdiyini bildirib: " Amma adları burada deyə bilmərəm. Rəqibin heyətində keyfiyyətli simalar var. Onların son oyunlarını izləmişik. Haiti hücum futboluna üstünlük verən komandadır. Tez bir zamanda irəli atılmağı bacarırlar. Hazırlıq yüksək səviyyədə keçib. Məğlub olmaq istəmirik".
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə