İspaniya millisinin və "Barselona"nın mərkəz müdafiəçisi Pau Kubarsi zədələnib. SİA xəbər verir ki, o, Niderland yığması ilə Millətlər Liqasının ilk 1/4 final matçında sıradan çıxıb. 41-ci dəqiqədə zədələnən Kubarsi matçı davam etdirə bilməyib. O, Din Heysenlə əvəzlənib.
İspaniya mətbuatı zədənin ciddi olduğunu iddia edir.
2024/25 mövsümündə 18 yaşlı Kubarsi "Barselona"nın heyətində 42 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə