Moskvanın “Dinamo” klubunun və Almaniya millisinin sabiq futbolçusu Kevin Kuraninin evinə naməlum şəxslər daxil olub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti polisə istinadən məlumat yayıb.
Hadisə cümə günü, martın 14-də baş verib. Ştutqartda yerləşən evə eyvan qapısı ilə iki təcavüzkar daxil olub.
Polis sözçüsü bildirib ki, onlar ümumilikdə təxminən 105 min avro dəyərində pul, qızıl-zinət əşyaları və bir neçə çanta oğurlayıblar.
Onun sözlərinə görə, cinayətkarlar içəri daxil olan zaman Kurani özü orada olmayıb. Lakin geri qayıtdıqdan sonra keçmiş idmançı onları təəccübləndirsə də, onlar eyvandan qaça biliblər.
Hazırda polis araşdırma aparır və hadisə şahidlərindən əlavə məlumat üçün onlarla əlaqə saxlamağı xahiş edir.
Keçən iyul ayında Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin qohumunun Olimpiadaya gedərkən 11 dəbdəbəli çantanın oğurlandığı barədə məlumat yayılmışdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə