Almaniyanın “Bayer” komandası futbolçusu Florian Virtsə yeni müqavilə təklif edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında bununla bağlı danışıqlar olub. Yeni sözləşmə üçillik nəzərdə tutulub.
Futbolçuya qərar vermək üçün bir ay vaxt verilib.
Almaniya millisinin yarımmüdafiəçisi bu müqaviləyə imza atarsa, 120 milyonluq sərbəst qalma bəndi avtomatik olaraq aktivləşəcək.
Qeyd edək ki, Florian Virts bu mövsüm “Bayer”in heyətində 39 oyunda, 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə