"Real"ın yeni ulduzu Avropa nəhənglərinin hədəfində

"Real"ın və İspaniya millisinin mərkəz müdafiəçisi Raul Asensio İngiltərənin "Liverpul" və İtaliyanın "Milan" klublarının diqqət mərkəzinə düşüb. SİA xəbər verir ki, bu barədə "El Çirinquito" məlumat yayıb. Mənbənin sözlərinə görə, 22 yaşlı ispaniyalı futbolçu ilə maraqlanan hər iki klub Asensionun Madrid nəhəngi ilə müqaviləsini yeniləməyəcəyinə və onların təkliflərini dinləməyə hazır olacağına ümid edir. Bu mövsüm o, bütün turnirlərdə 40 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Raulun "Real"la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə