"Yenidən seçiləcəyimə ümid etmirdim" - Orxan Səfərov AÇIQLADI

“Yenidən “İdman səfiri” seçildiyimə görə çox şadam”. Bunu SİA-ya Azərbaycan millisinin cüdoçusu Orxan Səfərov deyib.

O, 2025-ci ilin “İdman səfiri” seçilməsinə münasibət bildirib.

Səfərov vurğulayıb ki, dünən Gənclər və İdman Nazirliyinin kollegiyalar arasında keçirilən iclasında iştirak edib: “Təşəkkür edirik ki, bizi seçdilər. İdman səfiri kimi keçən ildə gördüyüm işləri bu ildə davam etdirəcəm. Əsas məsələ gənclərə örnək olaraq motivasiya vermək və onlara idmanın dəyərlərini və vacibliyini göstərməkdir. Biz idmançı olaraq gənclərimizin qarşısında nümunəvi çıxış edərək görüşlər, master-klasslar keçirib, böyük yarışlarda iştirak etməliyik. Hər zaman olduğu kimi sosial şəbəkələrdə aktiv olmaq və yarışlar barəsində məlumatlandırmalıyıq. Hər kəs kimi məndə seçilmək istəyirdim. Yaxşı təqdimat hazırlaşmışdım. Bunun nəticəsində də yenidən "İdman səfiri" seçildim. Namizədliyimi ikinci dəfə verəndə gözləmirdim ki, yenidən seçərlər. Bizim qarşımıza keçən ildə məqsəd qoyulmuşdu ki, hər kəsə idmanın kütləviliyini təmin edək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə