"Son günlərdə U-21 milli komanda və “Şamaxı” klubu ilə danışıqlar apardıq". Bunu SİA-ya açıqlamasında "Şamaxı" klubunun və U-21 millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
O, "Şamaxı" klubu ilə müqaviləsinin mövsümün sonunadək uzadılmasına münasibət bildirib.
Təcrübəli mütəxəssis vurğulayıb ki, “Şamaxı” rəhbərliyi də razı oldu ki, eyni zamanda millinin baş məşqçisi kimi çıxış edim: "Klubla fikirlərimiz üst-üstə düşdü. Sevinirəm ki, klubda da işimi davam etdirəcəm. Gələn mövsüm daha da yaxşı olmağa çalışacayıq".
Onun sözlərinə görə, komanda da vəziyyət normaldır: "Hazırda futbolçuları istirahətə buraxmışıq. Premyer Liqada 3-cü dövrəni pis keçirmədik. Əlbəttə stabiliyi artırmaq istəyirik. Bunun üzərində futbolçularla danışırıq. Dördüncü dövrə qalıb. Bilirik ki, çox çətin keçəcək. Hər xal qızıla bərabərdir. Qarşıdan gələn oyunlara hazırlaşırıq. Heyətdəki abu-hava məni qane edir. Hər kəs peşəkarcasına işinə yanaşır. Bu da məni olduqca sevindirir".
Bütün xəbərlər Facebook səhifəmizdə