Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək

Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, B Liqasının VI qrupunda yer alan komanda Albaniya yığması ilə üz-üzə gələcək.

Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq qarşılaşmanı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə