34 yaşlı xokkeyçinin meyiti tapıldı

Rusiyanın “Avtomobilist”, “Ak Bars”, “Spartak” və “Avanqard” klublarının 34 yaşlı keçmiş xokkeyçisi Fyodor Malıxin Yekaterinburqdakı mənzilində ölü tapılıb. SİA xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

İdmançının ölümünü öz Telegram kanalında “Sport-Express”in jurnalisti Artur Xayrullin təsdiqləyib.

"Onun keçmiş komanda yoldaşlarından biri indicə Malıxinin ölümü ilə bağlı məlumatı təsdiqlədi. Deməli, təəssüf ki, doğrudur", - müxbir yazıb və əlavə edib ki, Malıxinin səhhətində problem olmayıb.

Xayrullin izah edib ki, xokkeyçi karyerasını 2023-cü ildə başa vurub, çünki ona KHL-dən heç bir təklif olmayıb. Lakin onun maddi problemi olmayıb. O, Abu Dabidə döyüş turnirlərində iştirak edib və həvəskarlarla məşqə çıxıb.

Xatırladaq ki, “Ak Bars”ın tərkibində Fyodr Malıxin Qaqarin Kubokunun qalibi və 2018-ci ildə Rusiya çempionu olub.

Malıxinin ölümünə səbəb ürəyinin dayanması olduğu bildirilir. İdmançının meyitini atası aşkar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə