Türkiyə millisinin UEFA Millətlər Liqasının pley-off mərhələsində Macarıstanla keçirəcəyi ilk oyunun hakimləri bəlli olub. SİA UEFA-ya istinadən xəbər verir ki, İstanbuldakı "Rams Park"da baş tutacaq qarşılaşmanı slovakiyalı referi İvan Kruzlyak idarə edəcək.
Ona həmyerliləri Branislav Qanço və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim qismində isə Peter Kraloviç fəaliyyət göstərəcək.
Qeyd edək ki, Türkiyə - Macarıstan qarşılaşması martın 20-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə