Azərbaycan Yüksək Liqasında XVI turun oyunları keçiriləcək

Azərbaycan Yüksək Liqasında XVI turun oyunları keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XVI turun oyunları keçiriləcək. SİA xəbər verir ki, UNEC “Murov Az Terminal”la üz-üzə gələcək.

UNEC-in idman zalında baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Turun digər görüşlərində “Abşeron” “Gəncə”ni, “Azərreyl” isə “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

“Abşeron” - “Gəncə” matçına saat 16:00-da, “Azərreyl” - “Milli Aviasiya Akademiyası” görüşünə isə 18:00-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə