"Çox şeylər var ki, biz bilmirik" - Futbol mütəxəssisi DANIŞDI

“İstefa ilə bağlı çox şey deyə bilməyəcəm”. Bunu SİA-ya açıqlamaısnda sabiq futbolçu Ceyhun Sultanov deyib.

O, “Səbail”in baş məşqçisi Cavid Hüseynovun klub rəhbərliyi tərəfindən istefaya göndərilməsinə münasibət bildirib.

Sultanov bildirib ki, baş məşqçi biraz siyasətçi olmalıdır: “Düşünürəm ki, bu barədə bizə dərs keçiblər. Lakin Cavid cavan məşqçi idi. Qalıb işləmək şansı var idi. Komandadanı bu vəziyyətdən çıxardıb, çıxarda bilməyəcəyi artıq ikinci dərəcəli bir məsələdir. Mətbuat konfrasında biraz sərt çıxış etdi. Çox şeylər var ki, biz bilmirik. Ona görə klubun və ya məşqçinin işinə qarışa bilmərik. Amma baş məşqçi olaraq öz siyasətindən istifadə etməli idi”.

Qeyd edək ki, "Səbail" baş məşqçisi Cavid Hüseynov ötən ilin noyabrında "dənizçilər"in baş məşqçisi təyin olunmuşdu.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə