“Sabah” klubu Azərbaycan çempionatlarında bir mövsümdə ən çox heç-heçə edən komanda rekordunu təkrarlayıb. SİA-nın məlumatına görə, bu, XXVII turun “Zirə” ilə görüşünə təsadüf edib – 1:1.
Paytaxt təmsilçisi Misli Premyer Liqasının 2024/2025 mövsümündə 14-cü heç-heçəsini edib.
Bunadək üç dəfə eyni klub 14 sülhə imza atıb. 2009/2010 mövsümündə “Neftçi”, üç il sonra “Bakı” 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/2021 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib. Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir sülhlə “Sabah” mütləq rekordun müəllifi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə