Azərbaycanın həndbol millisi Moldova yığmasına məğlub olub

Azərbaycanın həndbol millisi Moldova yığmasına məğlub olub

Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti oyununa çıxıb. SİA-nın məlumatına görə, yığma 7-8-ci yerlər uğrunda qarşılaşmada Moldova ilə üz-üzə gəlib.

Görüş Moldova millisinin 29:28 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub. Milli 5-8-ci yerlər uğrunda görüşdə Paraqvaya 22:34 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə