“Atletiko”nun hücumçusu Lionel Messinin rekordunu təkrarlamağa yaxındır

İspaniyanın "Atletiko Madrid" klubunun hücumçusu Antuan Qrizmann Lionel Messinin rekordunu təkrarlamağa yaxındır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, fransız futbolçu La Liqada 519 oyun keçirib ki, bu da uzun illər "Barselona"da çıxış edən Lionel Messidən (520) sonra əcnəbi futbolçular arasında çempionat tarixində ikinci ən yüksək nəticədir.

33 yaşlı ön xətt oyunçusu “Atletiko”nun heyətində daha bir oyunda meydana çıxacağı təqdirdə argentinalı futbolçunun rekordunu təkrarlayacaq.

Qeyd edək ki, A.Qrizmann La Liqada “Atletiko”nin heyətində 304 matçda iştirak edib. O, “Real Sosyedad”da 141, “Barselona”da isə 74 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə