“Bavariya” səfərdə “Union Berlin”in qonağı olub

Bundesliqanın 26-cı turunda “Bavariya” səfərdə “Union Berlin”in qonağı olub.

SIA xəbər verir ki, qarşılaşma 1-1 hesabı ilə başa çatıb. Görüşdə münxenlilər 75-ci dəqiqədə Leroy Sanenin sayəsində hesabda irəli çıxıblar. Lakin 83-cü dəqiqədə ev sahibləri oyunda tarazlığı bərpa ediblər. Paytaxt təmsilçisinin heyətində Benedikt Hollerbax fərqlənib.

“Maynts”-“Frayburq” oyununda da qalib myüəyyənləşməyib - 2:2. “Auqsburq” doğma meydanda “Volfsburq”u minimal hesabla məğlub edib. “Verder Bremen” ev oyununda “Borussiya Münxenqladbax”a uduzub 2:4.

Günün sonuncu görüşündə “Borussiya Dortmund” səfərdə “Leyptsiq” ilə qarşılaşacaq.

Tura martın 16-da “Boxum”-“Ayntraxt Frankfurt”, “Haydenhaym”-“Holştayn Kiel” və “Ştutqart”-“Bayer Leverkuzen” görüşləri ilə yekun vurulacaq.

Xatırladaq ki, 26-cı turun açılış matçında “St Pauli” 1:0 hesabı ilə “Hoffenhaym”ı məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə