Salah Suaresin də rekordunu qırdı

Məhəmməd Salah daha bir rekorda imza atıb. SİA xəbər veir ki, misirli bir Premyer Liqa mövsümündə “Liverpul”da ən çox xal toplayan oyunçu statusuna yüksəlib. Salah 28-ci turda “Sauthempton”la oyunda (3:1) dubla imza atıb. Salahın cari İngiltərə Premyer Liqası mövsümündə 27 qolu və 17 məhsuldar ötürməsi var. Bu, tarixdə bir Premyer Liqa mövsümündə “Liverpul” oyunçusunun əldə etdiyi ən yaxşı nəticədir. Salah Luis Suaresin 2013/14 mövsümündə müəyyən etdiyi 43 xallıq (31 qol, 12 məhsuldar ötürmə) rekordunu üstələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə