Azərbaycanın daha iki boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın daha iki boksçusu Rumıniyada gənclər arasında keçirilən “Drakula Open” turnirinə qələbə ilə başlayıb. Azərbaycan Boks Federasiyasından SİA-ya verilən məlumata görə, Nihat Qasımov (51 kiloqram) 1/8 finalda Kristian Serbanı (Rumıniya) sınağa çəkib. Görüş təmsilçimizin 5:0 (29:27, 29:27, 30:26, 30:26, 30:26) hesablı qələbəsi ilə başa çatıb. N.Qasımov 1/4 finalda ilk mərhələdən azad olan Maksim Maşevki (Ukrayna) ilə üz-üzə gələcək.

Zidan Hümbətov (54 kiloqram) isə ilk görüşündə rumıniyalı Emzar Qransianı birinci raundda tam üstünlüklə məğlub edib. Z.Hümbətov 1/4 finalda Roman Spakla (Moldova) qarşılaşacaq.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə