"Sumqayıt" özbəkistanlı futbolçunu transfer etdi

"Sumqayıt" özbəkistanlı futbolçunu transfer etdi

"Sumqayıt” yeni transferini açıqlayıb. SİA xəbər verir ki, klubun yaydığı məlumata görə, "gənclik şəhəri" təmsilçisi Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.

27 yaşlı hücumçu klubda 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.

Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə