Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycanın idman gimnastları bəlli olub.
SİA xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, ölkəmizi yarışda Rəsul Əhmədzadə, Nikita Simonov, İvan Tixonov, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva təmsil edəcəklər.
Onlar turnirə məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalavanın rəhbərliyi ilə yollanacaqlar.
Dünya Kuboku fevralın 20-23-də təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə