""Qarabağ" rəqibin çatışmayan tərəflərindən çox yaxşı şəkildə istifadə edib" - Yunis Hüseynov DANIŞDI

""Qarabağ" bu dəqiqə çempionatda ən güclü komandadır". Bunu SİA-ya açıqlamasında "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov deyib.

O, "Qarabağ"ın Premyer Liqanın XII turunda “Səbail”lə ev oyununun 75 dəqiqəsindən sonra 5:0 hesablı qələbə qazanaraq, Azərbaycan çempionatları tarixində XXI əsrin rekorduna imza atmasına münasibət bildirib.

Təcrübəli mütəxəssis bildirib ki, bu komandaya qarşıda hamı var-gücü ilə oynayır: ""Qarabağ" rəqib komanda boşluq buraxanda ondan məharətlə istifadə edir. "Səbail" komandası 75 dəqiqədə yaxşı mübarizə apardı. Amma birinci qoldan sonra "Səbail" riskə gedib, qol vurmaq istədi. Bunun nəticəsində də, "Qarabağ" rəqibin çatışmayan tərəflərindən çox yaxşı şəkildə istifadə edib, qələbə qazandı. Fikrimcə, buna görə də Ağdam təmsilçisində hər şey uğurlu alınır".

Qeyd edək ki, "Qarabağ" hazırda Azərbaycan Premyer Liqasında 53 xalla birinci pillədə yerləşir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə