Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirib.
SİA xəbər verir ki, 5-ci qrupda yer alan yığma Bakıda Yunanıstan seçməsi ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Millinin heyətində ilk qolu 1-ci dəqiqədə Oktay Rüstəmli vurub. Digər qol isə 39-cu dəqiqədə avtoqol kimi qeydə alınıb.
Vitali Borisovun baş məşqçisi olduğu kollektiv xallarının sayını 2-yə çatdırıb. Yığma növbəti matçı martın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə