İtaliyanın "Torino" komandası İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi"nin futbolçusu Çezare Kazadeini heyətinə qatıb. SİA xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi turinlilərlə 2029-cu ilin yayına kimi müqavilə imzalayıb.
Ç. Kazadei cari mövsüm “Çelsi”nin heyətində 6 matçda iştirak edib və qol vurmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə