İtaliya klubu "Çelsi"nin futbolçusunu heyətinə qatıb

2 Fevral 2025 15:07 (UTC+04:00)

İtaliyanın "Torino" komandası İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi"nin futbolçusu Çezare Kazadeini heyətinə qatıb. SİA xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi turinlilərlə 2029-cu ilin yayına kimi müqavilə imzalayıb.

Ç. Kazadei cari mövsüm “Çelsi”nin heyətində 6 matçda iştirak edib və qol vurmayıb.