Florentino Peres yenidən “Real Madrid" klubunun prezidenti olub

Florentino Peres yenidən “Real Madrid" klubunun prezidenti olub

Florentino Peres yenidən İspaniyanın "Real Madrid" klubunun prezidenti seçilib. SİA xəbər verir ki, 77 yaşlı funksioner 2029-cu ilədək "kral klubu"na rəhbərlik edəcək. O, klubun prezidentliyinə yeganə namizəd olub.

Qeyd edək ki, Florentino Peres ilk dəfə 2000-ci ildə "Real Madrid"in prezidenti seçilib. Paytaxt təmsilçisi onun rəhbərliyi ilə futbolda 37, basketbolda isə 28 çempionluq yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə