Bundesliqanın 18-ci turuna “Union Berlin” – “Maynts 05” və “Verder Bremen” – “Auqsburq” görüşləri ilə yekun vurulub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, ilk görüşdə 2:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi azarkeşlərinin 11 oyunluq qələbə həsrətinə son qoyub. Berlinlilər sonuncu dəfə oktyabrın 20-də “Holştayn Kiel”ə qalib gəliblər - 2:0.
Ötən tur səfərdə “Union Berlin” üzərində qələbə qazanan (2:0) “Auqsburq” bu dəfə də rəqib meydanında “Verder Bremen”i eyni hesabla məğlub edib.
Xatırladaq ki, Bundesliqanın 18-ci turunun əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
“Ayntraxt Frankfurt” - “Borussiya Dortmund” - 2:0.
“Ştutqart” - “Frayburq” - 4:0;
“Bavariya” - “Volfsburq” - 3:2;
“Haydenhaym” - “St Pauli” - 0:2;
“Boxum 1848” - “Leyptsiq” - 3:3;
“Holştayn Kiel” - “Hoffenhaym” - 1:3;
“Bayer Leverkuzen” - “Borussiya Münxenqladbax” - 3:1.
Beləliklə, 18 turdan sonra çempionata 45 xalla “Bavariya” liderlik edir. Onu 41 xalla “Bayer Leverkuzen” izləyir. “Ayntraxt Frankurt” 36 xalla üçüncü, “Ştutqart” 32 xalla dördüncü, “Leyptsiq” 31 xalla beşinci pillədə yer alıb. İlk onluğu “Maynts 05” (28), “Volfsburq” (27), “Frayburq” (27), “Verder Bremen” (26), “Borussiya Dortmund” (25) tamamlayır. Çempionda digər sıralarda “Borussiya Münxenqladbax” (24), “Auqsburq” (22), “Union Berlin” (20), “St Pauli” (17), “Hoffenhaym” (17), “Haydenhaym” (14), “Holtştayn Kiel” (11) və “Boxum 1848” (10) komandaları qərarlaşıblar.
Bundesliqanın 19-cu turunun görüşləri yanvarın 24-26-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə