Türkiyə Kubokunda qrup mərhələsinin birinci turunun oyunlarına start verilib. SİA xəbər verir ki, D qrupunda “Beşiktaş” səfərdə “Sivasspor”un qonağı olub. Matçda hesab 20-ci dəqiqədə açılıb. “Qartallar”ın heyətində Rafa Silva fərqlənməyi bacarıb. Qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə bitib. Həmçinin D qrupunda “Antalyaspor” “Kocaelispor”a 3:1 hesabı ilə qalib gəlib. A qrupunda isə “Ankaragücü” “İsgəndərun”la heç-heçə edib - 1:1. “Fatih Karagümrük” isə “Rizəspor”u 1:0 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə