Almaniya klubu "Lion"un futbolçusunu transfer edir

"Hoffenhaym" "Lion"un futbolçusu Gift Orbanı heyətinə qatır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Almaniya klubu 22 yaşlı nigeriyalı hücumçunu icarə əsasında transfer etmək niyyətindədir. Artıq Fransa təmsilçisinin buna razılıq verdiyi bildirilir. Razılaşmanın bağlanması üçün oyunçu tərəfində rəsmi addımlar atılmalıdır.

Qeyd edək ki, Gift Orban bu mövsüm "Lion"un heyətində 5 oyuna çıxıb və 2 qol vurub. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə