Azərbaycan millisinin futzalçısı üç oyunluq cəzalandırılıb

Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın futzalçısı Xəzər Ağalızadə üç oyunluq cəzalandırılıb. SİA-nın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

X.Ağalızadə Yüksək Liqanın VII turunda keçirilən "Yasamal Bakı" – "Araz-Naxçıvan" matçının 36-cı dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətməsi və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

"Yasamal Bakı"nın futzalçısı Anar İsayev də eyni səbəbdən 3 oyunluq diskvalifikasiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə