Futbol üzrə Misli Premyer Liqasında ilin son turuna start verilib.
SİA xəbər verir ki, XVIII turun açılış matçında “Sumqayıt” “Kəpəz”in qonağı olub. Tovuz şəhər stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 20-yə çatdıran “gənclik şəhəri” təmsilçisi turnir cədvəlinin 6-cı, aktivinə 11-ci xalı yazdıran Gəncə klubu isə 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, XVIII turun digər oyunları dekabrın 21-22-də təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə